CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalqı məmnun etmək üçün turistləri məyus etdilər

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidПляж одного из курортов Антальи
Пляж одного из курортов Антальи - Sputnik Azərbaycan
Abunə olmaq
Antalya rəhbərliyi spirtli içki qadağasına aydınlıq gətirdi

BAKI, 29 aprel — Sputnik. Bir müddət əvvəl Antalyada turistlərin açıq havada spirtli içki içməsilə bağlı qadağa KİV-in gündəmində yer almışdı.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, Antalya valiliyi bu məsələ ilə bağlı yenidən açıqlama verib. Açıqlamada bildirilir ki, verilən qərar qadağa deyil, xatırlatmadır.

"Verilən qərar, şəhərimizdə sakitlik və təhlükəsizlik baxımında önəmlidir. Bu qərar cinayətlərin törədilməməsi və törədilən cinayətlərin üstünün açılması məqsədilə verilib" — deyə valiliyin açıqlamasında bildirilib.

Burada qeyd olunub ki, valiliyin qərarı Antalyada yaşayan insanların, bölgəyə tətil üçün gələn əcnəbi və yerli turistlərin narahat edilməməsi məqsədi daşıyır.

Antalyada kurort, arxiv şəkli - Sputnik Azərbaycan
Antalyaya getmək istəyənlərə məyusedici xəbər

Valilik bu qərarın yerinə yetirilməsi ilə şəhərin tarixi və təbii gözəlliklərinin qorunacağına, ölkə əhalisinin təhlükəsizliyinin təmin olunacağına və xalqın rahatlıqla gündəlik həyatını yaşayacağına ümid edir. 

"Hər kəs bilməlidir ki, turistlər ölkəmiz, turizmin paytaxtı olan Antalya da başda olmaqla, dünyanın hər yerində özünün və olduğu çevrənin narahatedici olmamasını istəyər. Verilən bu qərar bir qadağa deyil, əksinə insanlarımızın narahat edilməyəcəkləri bir yerdə və azad yaşamlarını təmin edən bir xatırlatmadır" — deyə valilik əlavə edib. 

Bu günlərdə Antalya millət vəkili Gökçən Özdoğan bildirmişdi ki, Türkiyədə açıq yerlərdə spirtli içkilərin qəbulu qanun pozuntusudur və cəriməsi var. Ancaq icazəli məkanlarda belə bir qadağadan söhbət gedə bilməz.

Hazırda bu mövzu turizm mövsümünə yeni başlayan Türkiyədə əsas gündəm mövzusudur. Bir çox partiyalar bu qadağaya öz narazılığını bildirir və bunun Türkiyə turizmi üçün zərərli olduğunu hesab edir.

Xəbər lenti
0