BAKI, 28 aprel — Sputnik. Türkiyənin Antalya bölgəsində açıq havada spirtli içki içmək qadağan edilib. Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.
Məlumata görə, bu barədə qərarı Antalya şəhər rəhbərliyi verib. Bundan sonra nə yerli əhali, nə də şəhərə gələn turistlər açıq yerlərdə spirt qəbul edə bilməyəcəklər. Qaydanı pozanlar 100 türk lirəsi məbləğində cərimələnəcəklər.