CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada 23 məzar var — vəhşətin nişanələri

© Sputnik / Irade JELILBakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbri
Bakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbri - Sputnik Azərbaycan
Abunə olmaq
"Məzarların üstünə 3-4 il əvvələdək yaşlı bir rus qadın gəlib-gedirdi. İndi o da gəlmir, görünür dünyasını dəyişib"

BAKI, 28 aprel — Sputnik. Hövsan qəbiristanlığı və burada 23 kimsəsiz məzar… Hövsan kəndinin sakinlərinin Sputnik Azərbaycan-a danışdıqlarına görə, həmin 23 qəbir, təxminən 7-8 il qabaq buraya köçürülüb.

Qocalar evi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onları “Kimsəsizlər qəbiristanlığı”nda dəfn edirlər

Sakinlərdən Əhliman Ağayevin sözlərinə görə, məzarlar bu əraziyə 7-8 il əvvəl köçürülüb: "O zaman deyirdilər ki, guya şəhərin mərkəzində köçürülən məzarlara burada nəsə kiçik abidə qoyulacaq. Gətirib dəfn etdilər, amma o gündən heç kim gəlməyib".

Kənd sakini deyir ki, 3-4 il əvvələ qədər məzarların üstünə çox yaşlı bir rus qadın gəlib-gedirmiş: "İndi o da gəlmir, görünür, dünyasını dəyişib".

Xatırladaq ki, Bakı Xalq Komissarları Soveti 1918-ci il mart soyqırımından sonra hakimiyyəti ələ keçirib. Erməni-daşnak quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi 1918-ci il mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. 

Soyqırımından sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi silahlı daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı.

© Sputnik / Sergey Lidov / Mediabanka keçid26 Bakı Komissarlarının dəfn edildiyi yerdə qoyulmuş heykəl, Bakı, 1978-ci il
26 Bakı Komissarlarının dəfn edildiyi yerdə qoyulmuş heykəl, Bakı, 1978-ci il - Sputnik Azərbaycan
26 Bakı Komissarlarının dəfn edildiyi yerdə qoyulmuş heykəl, Bakı, 1978-ci il

"Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də. Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi.

Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. BXKS-nin sədri vəzifəsinə Stepan Şaumyan "seçildi". O, eyni zamanda, xarici işlər komissarı idi. Xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər.

© Sputnik / Irade JELILMəzarlar nömrələnməyib, üzərilərində heç bir işarə yoxdur
Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə yoxdur - Sputnik Azərbaycan
Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə yoxdur

BXKS qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Azərbaycanlı komissarlara, əsasən, təsərrüfatla bağlı sahələr "həvalə" olunmuşdu. Bu da onunla izah edilirdi ki, guya azərbaycanlılar "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə"dir. Həmin dövrdə hərbi qüvvələrin 70 faizi erməni zabitlərinin əmrinə tabe idi.

Bakıda gül dükanı - Sputnik Azərbaycan
FOTO
Xanımının məzarını qızılgülsüz qoymayan qoca, özünə gül bağışlayan qadın və...

Tezliklə, BXKS Azərbaycan mühitinə yad bir qurum kimi tarix səhnəsindən çıxdı. Bakıda hakimiyyəti zorakı yolla zəbt edən Bakı Soveti dövlət "əmlakını mənimsədiyi üçün" Sentrokaspi hökuməti tərəfindən həbs edildi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edən zaman həbsdə olan Bakı Soveti rəhbərliyi Bakını tərk etməyə cəhd etdi. "Eser"lər tərəfindən həbs edilən Bakı Soveti rəhbərliyi sentyabrın 20-də Türkmənistanda güllələndi.

1920-ci ildə cəsədləri Bakıya gətirilən komissarlar burada dəfn edilir. 1958-ci ildə Bakı Komissarlarının dəfn edildiyi yerdə heykəl qoyulur. SSRİ dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini bərpa edir və komissarların Azərbaycan tarixindəki rolu müəyyən olunur. 2009-cu ildə 26 Bakı Komissarı heykəli sökülür və orada dəfn edilənlər Hövsan qəbiristanlığına köçürülür.

Qeyd edək ki, hazırda rus və Azərbaycan qəbiristanlıqlarının arasında kiçik hasara alınmış 23 məzar var. Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə qeyd edilməyib. Sadəcə olaraq, hər məzara başdaşı əvəzinə bir daş qoyulub.

© Sputnik / Irade JELILBakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbirləri
Bakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbirləri - Sputnik Azərbaycan
Bakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbirləri

Xatırladaq ki, Bakıda 26 Bakı komissarına qoyulan abidə sökülən zaman, ərazidən qeyd edildiyi kimi 26 deyil, 23 cəsəd çıxarılıb. Araşdırmalar zamanı məlum olub ki, böyük ehtimalla Şaumyan və daha 2 erməninin cəsədi orada yoxdur. Bu fakt həmin şəxslərin ümumiyyətlə güllələnmədiyi ehtimalını gücləndirir.

Xəbər lenti
0