Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımız İslam Həmrəyliyi oyunlarında iştirak edə bilməyəcək

© Photo : publika.azCüdo üzrə paralimpiya yığmamızın üzvü Səbinə Abdullayeva
Cüdo üzrə paralimpiya yığmamızın üzvü Səbinə Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Paracüdoçumuz, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən dünya ikincisi Səbinə Abdullayeva zədə səbəbindən İslam Həmrəyliyi oyunlarında iştirak edə bilməyəcək

BAKI, 28 aprel — Sputnik. Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının başlamasına sayılı günlər qalıb. Bu zaman kəsiyində iştirak edən idmançılar var gücləri ilə qələbə qazanmaq üçün məşq edirlər. Bəzən ağır məşqlərin fəsadı idmançıları medala gedən yolu yarımçıq dayandırmağa məcbur edir.

Paracüdoçumuz, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən dünya ikincisi Səbinə Abdullayeva zədə səbəbindən İslam Həmrəyliyi oyunlarında iştirak edə bilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a idmançının özü məlumat verib. O bildirib ki, ağır məşqlər səbəbindən sağ ayağından zədə alıb və təcili əməliyyat olunmalıdır: "Dizimdən aldığım zədə ağır oldu. Həkimlər sağ dizimdə çarpaz bağın yırtığı olduğunu dedilər. Birinci gün əməliyyat olunacağam. Buna görə yarışda iştirak edə bilməyəcəyəm".

İdmançı mötəbər yarışda iştirak edə bilmədiyi üçün təəssüfləndiyini dilə gətirib: "Mən bu yarışa çox həvəslə hazırlaşmışdım. Bu cür olacağını bilmirdim. Amma gələcək yarışlara daha həvəslə hazırlaşacağam. Azərbaycan adına uğurlu nəticələr əldə edəcəyimə inanıram".

Xəbər lenti
0