CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öncə siqaret çəkənlərin hüquqları, yoxsa ondan zərər çəkənlərin?

Abunə olmaq
Hadı Rəcəbli: "İctimai iaşə müəssisələrində ayrılımış yerlərdə biz tütündən istifadəni qadağan edə bilmirik. Biz bunu nəzərə aldıq"

BAKI, 27 aprel — Sputnik. Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə bir sıra nazirliklərin məsul şəxsləri, Ombudsman Aparatının nümayəndələri, ictimai qurumların təmsilçiləri, ASAN könüllüləri iştirak edirlər.

Şəhər əhalisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onları linç edilməkdən kimsə qoruya bilməz

Toplantını parlament sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb. O, bildirib ki, parlament "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsini 1-ci oxunuşda müzakirə edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi günün vacib tələblərindən biridir: "Sulu qəlyan məsələsi geniş müzakirə olunub və layihədə əksini tapıb. Digər bir məsələ qapalı yerlər məsələsidir. İctimai iaşə müəssisələrində ayrılımış yerlərdə biz tütündən istifadəni qadağan edə bilmirik. Biz bunu nəzərə aldıq. Düşündük ki, ictimai iaşə müəssisələrində qapalı yerlər məsələsini saxlayaq".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, tütün məmulatlarının insana vurduğu zərəri düzgün anlamaq lazımdır: "Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, hər 6 saniyədə tütündən istifadəyə görə 1 insan dünyasını dəyişir. Tütün məmulatları istifadə edənlərin ağciyər xərçənginə tutulması tütündən istifadə etməyənlərlə müqayisədə 30 dəfə çoxdur".

"Baxmaq lazımdır ki, siqaret çəkənlərin hüquqlarınamı üstünlük verməliyik, yoxsa tütündən zərər çəkənlərin hüquqlarına. Şübhəsiz, zərərçəkənlərin hüquqlarına üstünlük verməliyik" — deputat bildirib.

Xəbər lenti
0