CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saytların üzərinə sərt öhdəlik qoyula bilər

Abunə olmaq
Deputat: "Televiziya və radio yayımçıları tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalıdır. Elektron KİV-lərə bunu niyə aid etməyək?"

BAKI, 27 aprel — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı birinci oxunuşda deyilən təkliflər nəzərə alınıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Musa Quliyev, "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib.

Marketdə siqaret satışı - Sputnik Azərbaycan
SƏHİYYƏ
Siqaret qutularının üzərindəki qeydlər də narazılığa səbəb oldu

Millət vəkili qanun layihəsi ilə bağlı bir sıra təkliflər irəli sürüb: "Tütün çəkilməsi ilə tütündən istifadə eyni şeydir. Bunlar layihədə birləşdirilməlidir. Tütündən qorunmaq yox, tütünün tüstüsündən qorunmaq olmalıdır və bu, layihədə belə qeyd olunmalıdır".

"Restoranlarda, kafelərdə, çayxanalarda yarımaçıq və yarımqapalı yerlər ola bilər. İş yerində nə ehtiyac var qapalı yer ayırmağa? Çıxıb bayırda çəkib gələ bilməzlərmi? Hesab edirəm ki, qapalı yerlərlə bağlı məsələni dəqiqləşdirməliyik" — Quliyev bildirib.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalıdır: "Elektron KİV-lərə bunu niyə aid etməyək?"

Xəbər lenti
0