CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qeyri-adi tanışlıq klubu yaradıldı

© Flickr / AtTheSquareRestoranda gənc cütlük
Restoranda gənc cütlük - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq sürətli görüş arzusunda olan 200-dən çox adam kluba müraciət edib

BAKI, 27 aprel — Sputnik. İndi kişilər eyni vaxtda onlarla qadınla tanış olacaqlar. Amma onlardan heç birindən gözlənilməz zərbə alacaqlarından da ehtiyat etməyə gərək qalmayacaq.

Tanış olmaq üçün ən münasib yerlər - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Gələcək sevgilinizlə harada tanış ola bilərsiniz?

Sputnik Azərbaycan-ın məlumatına görə, düz 10 gün bundan əvvəl Bakıda sürətli tanışlıq klubu yaradılıb. Təşkilatçılar xüsusi sayt açıblar və hətta öz xoşbəxtliyini sürətli görüşlərdə tapmağı arzulayanlar üçün səhifə də yaradıblar.

Klubun təşkilatçısının köməkçisi Sevil Lətifzadə bildirib ki, qısa tanışlıq ideyası artıq dünyada çoxdan mövcuddur. Bu təcrübə ilk dəfə Bakıda layihə olaraq 2014-cü ildə yaranıb. Lakin o, tezliklə ömrünü başa vurub. Hazırda təşkilatçılar bu layihəyə ikinci nəfəs vermək qərarına gəliblər.

"Bizim şəhərdə küçədə tanış olmaq ideyası elə də əlverişli deyil. Aqressiya doğurur. Özü də aydın deyil, niyə?" – deyə o bildirib.

Qısa tanışlıq saat yarım vaxt müddətində bir neçə qadın və kişi ilə tanış olmağa imkan verir. Əgər hansısa şəxs tanış olmaq istəyən adamın zövqünə görə deyilsə, söhbəti anında dayandırmaq mümkündür. Ola bilsin ki, onlar bir-birilərini birinci və axırıncı dəfə görürlər.

Bu kluba üzv olmaq üçün onun saytında qeydiyyatdan keçmək və görüşə dəvət almaq lazımdır. Yeganə tələb odur ki, iştirak etmək istəyən şəxs saat yarım müddətdə olduqları restorandakı yerin pulunu ödəməlidir.

Qadını şantaj edirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
On dörd yaşından yuxarı kimsəyə güzəşt yoxdur

Bununla yanaşı, bütün iştirakçılarla bağlı informasiyalar gizli saxlanılacaq. Onlardan heç kəs nikah şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi tələb etməyəcək. Amma bir görüş üçün onlar beş dəqiqə vaxt sərf edəcəklər.

Baxmayaraq ki, layihə bu günlərdə fəaliyyətə başlayıb, artıq sürətli görüş arzusunda olan 200-dən çox adam müraciət edib. Onların arasından birinci qrup seçilib. Bu qrup 25-35 yaşlı qadınlardan və 30-40 yaşlı kişilərdən ibarətdir.

Təşkilatçılar söz verirlər ki, həftənin axırında ilk görüş təşkil ediləcək. Hazırda onlar görüşü təşkil etmək üçün restoran axtarışı ilə məşğuldurlar. Görüşdən sonra iştirakçılar bir-birindən telefon nömrəsi götürə və əlaqələrini davam etdirə bilərlər.

Təşkilatçılar izah edirlər ki, bu görüşlər tanışlıq dairəsini genişləndirmək məqsədi daşıyır. Bu layihə xüsusilə məşğul insanlar üçün faydalıdır.

Xəbər lenti
0