BAKI, 26 aprel — Sputnik. 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində video hakim funksiyasından istifadə olunacaq.
Bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.
Ali futbol qurumunun rəhbəri bildirib ki, bu sistem artıq müsbət nəticə verib: “Biz bu sistemdən ancaq müsbət nəticələr almışıq. Ona görə də qarşıdakı mundialda hakimlərə kömək üçün istifadə olunacaq”.
Video hakim funksiyası bu il keçiriləcək Konfederasiyalar Kubokunda istifadə olunacaq.
2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.