Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın banklarla əlaqəsi kəsilir

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bankıdan kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır

BAKI, 25 aprel — Sputnik. Aprelin 25-də parlamentin plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" Qanunda dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır.

ABŞ dolları - Sputnik Azərbaycan
Azərbaycan bankları dollardan imtina etdi

Hazırda qüvvədə olan maddə aşağıdakı kimidir: "Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi:

49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir".

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0