Azərbaycan bankları dollardan imtina etdi

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Kommersiya banklarının əksəriyyəti hərracda iştirak etməyib

BAKI, 21 aprel — Sputnik. Ötən gün Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə keçirdiyi valyuta hərracına çıxarılan 35 milyon dolların 9 milyonu satılmayıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hərracda cəmi 26 milyon dollar satılıb. Bunun da ancaq 3,5 milyonunu 3 bank alıb. Qalan məbləğin isə Mərkəzi Bankın və ya iri banklardan birinin aldığı güman edilir. Hərracda cəmi 4 əqd 1.6860-1.6930 manat kursu ilə bağlanıb.

Məlumata görə, kommersiya banklarının əksəriyyəti hərracda iştirak etməyib. Banklarda valyuta hərracına olan maraq minimum həddə enib. İndi onlar daha çox depozit hərraclarına maraq göstərirlər. Çünki manatla kredit verməyə maraqlı deyillər. Ən yaxşı variant kimi Mərkəzi Banka depozit yerləşdirməklə qazanc əldə etməyə üstünlük verirlər.

Xəbər lenti
0