Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sazişi təsdiqləndi

Abunə olmaq
Saziş Azərbaycan Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Türkiyə Hökuməti adından isə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək

BAKI, 25 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Sazişin məqsədi Azərbaycan Hökumətinə bu Sazişin 10-cu maddəsində göstərilən təmənnasız hərbi yardım haqqında müqavilələr, sazişlər və maddi-texniki təchizatın həyata keçirilməsi haqqında protokollarla Türkiyə Hökuməti tərəfindən ayrılan, lakin istifadə edilməyən ümumilikdə 8.067.871,80 (səkkiz milyon altmış yeddi min səkkiz yüz yetmiş bir dollar səksən sent) ABŞ dollarının birinci növbədə Türkiyənin müdafiə sənayesi şirkətləri olmaqla, Türkiyədəki yerli şirkətlərdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir.

Milli Məclisin iclası - Sputnik Azərbaycan
Milli Məclisdə "mövzudan kənara çıxmaq" qadağası narazılıqlara yol açıb

Bu Saziş 5 il müddətinə qüvvədə qalacaq. Bu Sazişə əsasən Azərbaycan Hökumətinə ayrılan vəsaitin bütünlüklə istifadəsi halında, Saziş tərəflərin bu halı təsdiq edən qarşılıqlı yazılı bildirişlərindən ikincisinin alındığı tarixdə ləğv ediləcək.

Bu Sazişlə 8.067.871,80 (səkkiz milyon altmış yeddi min səkkiz yüz yetmiş bir dollar səksən sent) ABŞ dolları həcmində vəsait Azərbaycan Hökumətinin birinci növbədə Türkiyənin müdafiə sənayesi şirkətləri olmaqla, Türkiyədəki yerli şirkətlərdən hərbi məqsədlərlə satın alınacaq mal və xidmətlərin dəyərinə maliyyə töhfəsi verilməsi şəklində və Türkiyə Hökumətinin bu sahədəki milli qanunvericiliyinə müvafiq olaraq istifadə ediləcək.

Bu Saziş Azərbaycan Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Türkiyə Hökuməti adından isə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Saziş səsə qoyularaq təsdiq edilib.

Xəbər lenti
0