Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Taekvandoçular mötəbər yarışa yollanır

© Sputnik / Vladimir Rodionov / Mediabanka keçidВид на Афины с высоты Акрополя
Вид на Афины с высоты Акрополя - Sputnik Azərbaycan
Abunə olmaq
G2 kateqoriyalı yarışda ölkəmizi 35 idmançı təmsil edəcək

BAKI, 25 aprel — Sputnik. Yunanıstanın paytaxtı Afina şəhərində taekvando üzrə "DTF Prezident Kuboku" beynəlxalq yarışı keçiriləcək. Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27 aprel tarixində startı veriləcək turnir dörd gün davam edəcək. Yeniyetmə, gənc və böyüklər arasındaki baş tutacaq bu mübarizədə 51 ölkədən 2182 taekvondoçu iştirak edəcək.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar.

Qeyd edək ki, 2017-ci ildə Macarıstanda yeniyetmələr arasında, gənclər arasında isə Kiprdə Avropa birinciliyi, Belarusda isə böyüklər arasında Olimpiya çəki dərəcələrində Avropa çempionatı təşkil ediləcək.

Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda ölkəmizi 35 idmançı təmsil edəcək.

Xəbər lenti
0