Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Onlar bu səsi heç yerdə eşitməmişdilər"

© Photo : Youtube / The Voice: la plus belle voixВыступление Араза Гумбатлы на конкурсе "Голос Франции"
Выступление Араза Гумбатлы на конкурсе Голос Франции - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada məşhur olan layihə azərbaycanlı ifaçının həyatını tamamilə dəyişib, o, hətta həyat yoldaşından ayrılıb

BAKI, 25 aprel — Sputnik. Hər il Azərbaycanın istedadlı ifaçıları müxtəlif beynəlxalq musiqi layihələrində iştirak edirlər. Onlardan biri də gənc müğənni Araz Hümbətlidir. Şöhrət onun həyatına bütün dünyada məşhur olan "Fransanın səsi" müsabiqəsində iştirakdan sonra gəlib.

Bu barədə Sputnik Azərbaycan-a müğənni özü danışıb.

— Araz, "Fransanın səsi" layihəsində iştirak sizə nə verdi?

— Bu müsabiqənin mənim üzərimdə heç bir təsiri yoxdur. Mən səhər yuxudan necə oyanırdımsa, elə də oyanıram. Sadəcə xoşdur ki, məni küçədə tanıyırlar, yaxınlaşırlar, şəkil çəkdirirlər. Heç vaxt düşünməzdim ki, mənim səhnədə çıxışım belə böyük rezonansa səbəb ola bilər. Populyarlıq mənim üçün elə də vacib deyil. Sadəcə bu layihədə iştirakdan sonra bir çox şeylər dəyişdi. Mən yüzlərlə təbrik aldım. Bunların çoxu Azərbaycandan idi. Bir azərbaycanlı kimi bu mənim üçün xoş idi. 

Джавид Мамедов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni erməni qızla yarışmağa hazırdır

— Siz Fransada neçə il yaşamısız?

— Demək olar ki, iki il. Fransaya gedişim mənim üçün eksperiment kimi oldu. Bilirdim ki, bu, mənim musiqimə təsir göstərəcək, nəticə elə gözlədiyim kimi də oldu. Yeni şəraitə düşəndən, müxtəlif istiqamətli musiqiçilərlə tanış olandan sonra hiss etdim ki, mənim musiqim də dəyişib, mən yeni təcrübə toplamışam. Buna qədər müxtəlif festivallarda iştirak etmişəm, amma haqqımda yalnız mən "Səs" layihəsində iştirak edəndən sonra danışıblar.

İl yarım fransız dilini öyrənmişəm ki, insanları başa düşüm və insanlar da məni başa düşsünlər. "Səs" layihəsinin səhnəsində də istəmişəm ki, özüm olum, Bakıdakı pərəstişkarlarım, dostlarım məni necə xatırlayırlarsa, elə. Mən onlar üçün bizim xalq mahnımız "Ay Laçın"ı oxudum. Onun ifası zamanı bizim xalq çalğı alətimiz olan tardan istifadəni qərara aldım. Tarın səsi münsiflərdə təəssürat oyatdı, çünki onlar bu səsi heç yerdə eşitməmişdilər. Onlar sadəcə mənə "yox" deyə bilmədilər.

— Siz nə vaxt musiqinin sizi cəzb etdiyini başa düşmüsüz?

— Uşaqlıqda, atam mənə saksofon, daha sonra gitara, Beatles, Bee Gees, Led Zeppelin, King Crimsonun saysız səs yazılarını hədiyyə edəndə. Mənə ən çox bizim Azərbaycanın etnik musiqisi təsir edib.

— Siz həmişə öz çıxışlarınızda mikrofonunuza kəlağayı bağlayırsız. Niyə?

— O, mənim talismanımdır, ona görə də həmişə mənimlə idi. Mən onu 2011-ci ildə Şəkidən almışam. Məni bu şəhərlə bir çox xoş xatirələr bağlayır. O vaxtdan etibarən həmişə çıxışlarım zamanı onu öz mikrofonuma bağlayıram. 

Azərbaycanın qədim milli musiqi alətləri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın qədim zərb musiqi alətləri

— Siz niyə yenidən Bakıya qayıtmaq qərarına gəldiz?

— Belə alındı. Tale məni həmişə bir yerdən başqa yerə atır. Amma şikayətçi deyiləm. Əgər hiss edirəmsə ki, Bakıda olmalıyam, bura gəlirəm, əgər sabah harasa getmək istəsəm, gedərəm. Bilmirəm sabah harada olacam. Mən səyahətlərə, testlərə, özünüinkişafa açığam. İstənilən halda mən oxuyacağam.

— Sizin yaradıcılığınız vətəndə necə davam edir?

— Pis deyil. Çalışıram tez-tez konsert verim və öz tamaşaçılarıma sevgi bəxş edim.

— Siz bu günlərdə beynəlxalq musiqi festivalı olan "Youthvision-2017"-də iştirak etmisiz…

— Hə, mənə zəng edib orada iştiraka dəvət etdilər. Təşkilatçılarla görüşdüm və öz razılığımı verdim. Hər halda bu, beynəlxalq layihədir və orada dünyanın müxtəlif ölkələrindən ifaçılar iştirak edir. Musiqi bizi Yer üzündə birləşdirən yeganə qüvvədir. Bütün iştirakçılar çox istedadlı idilər. Mən onları təkcə musiqiçi kimi deyil, həm də insan kimi qiymətləndirirəm. 

Джавид Мамедов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Ukraynanın səsi” yarımasını tərk edən azərbaycanlı: "Mən onlar üçün yad idim"

— Siz Bakıya həyat yoldaşınızla gəlmisiz?

— Yox, təkcə. Artıq mənim həyat yoldaşım yoxdur, ayrılmışıq. Səbəbləri demək istəmirəm, sadəcə onu deyim ki, belə alındı. Bu həyatdır, heç kəs deyə bilməz ki, sabah onun başına nə gələcək. Mənim keçmiş həyat yoldaşım çox gözəl insandır. Mən ona xoşbəxtlik, sevgi arzulayıram. Şadam ki, o, mənim həyatımda olub. Hər şey artıq keçmişdə qalıb. Mən öz həyatımı yaşamağa davam edirəm və musiqi ilə məşğulam.

— Ayrılmağınızın səbəbi yaradıcılıqla bağlı olmayıb ki?

— Yaradıcılıq heç nədə günahkar deyil. O, yalnız birləşdirir, ayırmır. Boşanmağımın yaradıcılığımla heç bir əlaqəsi yoxdur.

Xəbər lenti
0