Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İslam Oyunları 2017-nin yeni tərəfdaşı məlum oldu

© Sputnik / Murad OrujovKapital Bankın Bakıdakı baş ofisi
Kapital Bankın Bakıdakı baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Kapital Bank pərakəndə bank qismində xidmətləri təmin edəcək

BAKI, 24 aprel — Sputnik. Bakı 2017 Oyunları Kapital Bank ilə müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, Kapital Bank oyunlar ərzində oyun iştirakçılarının bank xidmətlərini təmin edəcək.

Kapital Bank Atletlər Kəndində ATM-lər, xarici valyutadəyişmə aparatları yerləşdirməklə, Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının tamaşaçıları, mətbuat nümayəndələri və idmançıları üçün xidmət göstərəcək.

Milyonlarala müştərisinin xidmətində dayanan Kapital Bank, IV İslam Həmrəyliyi oyunları zamanı tədbirin təbliğatında geniş rol oynayacaq, idmansevərlərə xidmətləri vasitəsi ilə yeniliklər barədə məlumat verəcək.

Xəbər lenti
0