CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar ASAN xidmət bu bölgələrdədir

© Photo : ASAN Xidmətin mətbuat xidmətiSəyyar ASAN xidmət avtobusu
Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyar ASAN qatar 14 – 28 aprel Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq

BAKI, 17 apr — Sputnik. Səyyar ASAN xidmət 17 aprel – 16 may tarixində Siyəzən şəhərində vətəndaşlara xidmət göstərəcək. 

“ASAN xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart — 26 aprel  Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10 – 19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, 15 – 29 aprel Abşeron rayonunun Novxanı qəsəbəsində, səyyar ASAN qatar isə 14 – 28 aprel Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 

Səyyar ASAN Xidmətin qatarı - Sputnik Azərbaycan
"ASAN qatar" yola düşür

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi; 

ASAN İmza saytının istifadəçisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
“ASAN İmza” problemindən çıxış yolu: özünüzü çətinə salmayın

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xəbər lenti
0