SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransada prezident seçkilərində Ərdoğan şoku

© AFP 2024 / Benjamin CremelИзбиратели выбирают своих кандидатов в кабинах для голосования на избирательном участке в Париже 23 апреля 2017 года во время первого тура президентских выборов во Франции
Избиратели выбирают своих кандидатов в кабинах для голосования на избирательном участке в Париже 23 апреля 2017 года во время первого тура президентских выборов во Франции - Sputnik Azərbaycan
Abunə olmaq
Seçicidən müraciət: "Uzun adam, bəlkə bu Avropaya da bir əl atasan?"

BAKI, 24 aprel — Sputnik. Ötən gün Fransada keçirilən prezident seçkiləri kuryoz məqamlardan da yan keçməyib. Misal üçün, məlum olub ki, türk əslli seçicilər göstərilmiş namizədlərə deyil, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana səs veriblər.

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğandan etiraf: "Bizi aldatdılar"

Əlbəttə ki, Türkiyə liderinin adı namizədlər siyahısında olmayıb, amma bu, seçicilərə ona səs verməyə maneçilik törətməyib. Seçicilər kütləvi şəkildə bülletenlərə onun adını yazıblar, hətta Ərdoğanın şəklini ora yapışdırmağı da unutmayıblar. "Rəisdən başqa səs verməyə adam yoxdur. Uzun adam, bəlkə bu Avropaya da bir əl atasan?" – seçki bülletenlərindən birinin üstünə yazılıb. 

Xatırladaq ki, buna bənzər situasiyaya əvvəllər də rast gəlinib. Martın ortalarında Niderlandda keçirilən seçkilər zamanı burada yaşayan türklər də Ərdoğana səs vermişdilər.

​Avropada Ərdoğanla bağlı gedən bu kampaniyanın arxasında ciddi səbəb dayanır. Belə ki, Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumdan əvvəl Türkiyə rəhbərliyindəki şəxslərin türkəsilli seçicilər arasında "evet" (bəli) kampaniyasına dəstək qazanmaq üçün Avropa ölkələrində keçirməyi planlaşdırdıqları tədbirlər ləğv edilib. Niderland, Almaniya və digər Avropa ölkələri Türkiyənin hakim partiyasını təmsil edən şəxslərə bu tədbirləri keçirməyə imkan verməyib.

Bunun nəticəsi olaraq, aprelin 16-da keçirilən referendumda Avropada yaşayan türklərin 60%-i dəyişikliklərə "evet" deyiblər. Baxmayaraq ki, referendumun ümumi nəticələrinə görə, "evet"çilər cəmi 51.4 % səs qazanıblar.

Xəbər lenti
0