CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladınızı o şeytandan uzaq tutmasanız, ömür boyu özünüzü bağışlamayacaqsınız

© pixabay / PexelsBalıqçılıq edən uşaqlar
Balıqçılıq edən uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Oğlan uşaqlarının böyüdükcə homoseksuallığa marağının yaranmaması üçün onlarla düzgün davranılmalıdır"

BAKI, 21 aprel — Sputnik. Hər zaman uşaqlar haqqında danışanda "uşaq tərbiyəni ailədən alır" deyirik. Bəli, uşaq ailənin güzgüsüdür. Amma uşağın tərbiyəsində xarici amillərin (KİV, sosial şəbəkələr, oynadığı oyunlar, televiziya və s.) də təsiri böyükdür.

Antibiotiklər - Sputnik Azərbaycan
Övladlarımızın həyatını necə məhv edirmişik?!

Telekanallarda seksual azlıqların nümayəndəsi olan "sənət adamlarının" reklam edilməsi, onların var-dövlətinin, evinin, avtomobilinin, yaşayış, hətta geyim tərzinin nümayişi uşaqların tərbiyəsinə təsir edir. Qəbul etməliyik ki, evdə uşağa hansısa telekanala "baxma" deyilirsə, o zaman uşaqda qadağan edilmiş proqram, telekanala xüsusi maraq yaranır.

Yəni, uşaq çalışır ki, valideynin qadağa qoyduğuna evdə olmasa da, kənarda baxsın. Buna görə də, uşağa "etmə", "baxma", "olmaz" deyəndə son dərəcə ehtiyatlı olmaq, incə hərəkət etmək lazımdır. Bəs uşaqlarımızın, xüsusilə oğlan uşaqlarının normal, əsl kişi kimi böyüməsi üçün nə etməliyik?

Androloq Ağa Ağazadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən, homoseksuallıq xəstəlik sayılmır: "Amma insanlar bunu normal qarşılamırlar. Nəsil artımını davam etdirmək üçün seks eyni cinslər arasında aparılmamalıdır. Bu gün valideynlərin gizli qorxularından, narahatçılıqlarından biri də övladlarının gələcəkdə seksual inkşafı, gələcəkdə sonsuzluq təhlükəsinin olmasıdır".

Ekspert bildirir ki, valideynlər övladlarına uşaq yaşından düzgün yanaşmağı bacarmalı, uşağın tərbiyəsinə diqqət etməli, əgər oğlan uşağında hansısa nüanslar diqqət çəkirsə, mütləq həkimə müraciət etməlidirlər: "Normalda oğlan uşaqları 12-13 yaşdan sonra pubertat yaşa girirlər. Bu yaşdan sonra cinsi hormonların fəaliyyəti başlayır və bu zaman oğlanlar əks cinsə qarşı maraq göstərməyə başlıyırlar".

"Kiçik yaşlarda uşaqlarda bunu sezmək çox çətindir. Yalnız pubertat yaşından sonra müəyyən etmək olar. Valideynlər övladlarına uşaq yaşından müəyyən məsələləri təlqin etməyə borcludurlar. Oğlunuzda bu problemin olub-olmadığını bilmək üçün uşaq yaşlarından onun öz problemlərini normal çərçivədə sizə deməsini təlqin etməlisiniz" – Ağazadə qeyd edir.

Həkim bildirir ki, homoseksuallarda yalnız eyni cinsə maraq olur: "Qadınlara qarşı seksual marağın olmaması, lakin eyni cinsə qarşı yüksək seksual marağın olması baş verir. Homoseksual kişilər normal kişilərdən bioloji olaraq fərqlənmirlər. Saç, saqqal, bədən forması heteroseksual kişilərlə eynidir. Yalnız söhbət zamanı xəstəyə düzgün yanaşılarsa, o zaman xəstə rahatlıqla problemini açıb deyə bilir".

Грабитель, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanda uşaq cinayətlərinin statistikası açıqlandı

Androloq qeyd edir ki, homoseksualların müəyyən qismi hansısa çıxış yolu axtarmır və hər şeyi olduğu kimi qəbul edir: "Müəyyən qismi isə müalicə olunmaq üçün həkimlərə baş vurur. Qısası, kişinin homoseksual olub-olmadığını, yalnız onun özünün etirafından sonra bilmək olar. Homoseksuallıq xəstəlik olaraq qəbul olunmadığı üçün hər hansı bir müalicəsi də yoxdur".

"Müəyyən dövrə qədər homoseksuallara müxtəlif müalicə növləri tətbiq olunub. Psixoloji müalicə, dərman müalicəsi, hormonal müalicə, beyində aparılan müxtəlif cərrahi müdaxilələr homoseksuallığın aradan qaldırılmasına kömək etməyib. Buna görə də, homoseksuallıq xəstəlik hesab edilmir" – A. Ağazadə vurğulayır.

Psixoloq Fidan Əliyevanın sözlərinə görə də, 1970-ci ildən etibarən Ümum Dünya Səhiyyə Təşkilatı homoseksuallığın xəstəlik olmadığını bəyan edib: "Bu o deməkdir ki, homoseksuallara öz istədikləri kimi yaşamağa icazə verildi. Yəni, artıq onlara xəstə kimi baxmaq olmaz. Bu bir həyat tərzidir".

O bildirir ki, oğlan uşaqlarının böyüdükcə homoseksuallığa marağının yaranmaması üçün onlarla düzgün davranılmalıdır: "Yəni, uşağı bir qədər sərbəst buraxmaq lazımdır. Oğlan uşağı ilə qız kimi davranmaq olmaz. Uşaq evdə tək uşaq olsa belə, onunla kişi kimi davranmaq lazımdır".

"Düzdür, uşağı məsuliyyətlə yükləmək olmaz. Ancaq çalışmaq lazımdır ki, qız geyimlərinə, ayaqqbılarına, kosmetika və digər vasitələrə marağı yaranmasın. Bunun üçün uşaqla mütəmadi söhbətlər aparmaq lazımdır. Hər bir ana övladı ilə söhbət edərkən ona kişi olduğunu hiss etdirməlidir" – F. Əliyeva qeyd edir.

Müsahimiz bildirir ki, uşaq yaşlarından incidilən, əzilən oğlan uşaqları homoseksuallığa daha çox meylli olurlar: "Uşaqları bu problemdən qorumaq üçün yeganə yol uşaqla dostluqdan keçir. Valideyn övladı ilə həmsöhbət, dost, sirdaş olarsa istədiyi kimi övlad böyüdə bilər".

Xəbər lenti
0