Bütöv bir çay müəmmalı şəkildə yoxa çıxıb

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidГорная река, фото из архива
Горная река, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadada möcüzəli hadisə baş verib

BAKI, 19 aprel — Sputnik. Kanadada önəmli çaylardan biri müəmmalı şəkildə yoxa çıxıb. Mütəxəssislər bunun fərqinə peyk vasitəsilə çəkilən və pilotsuz qurğular vasitəsilə əldə olunan kadrlardan varıblar.

Tədqiqatçılar bildirirlər ki, bu hadisə çay vadisində yaşayan əhaliyə və ətraf əraziyə çox ciddi təsir edib. Bundan yerli ekosistem ciddi ziyan çəkməyə başlayıb.

Alimlər müəyyən ediblər ki, hələ iki il əvvəl bu çay cənubdan şimala doğru — Yukona tərəf axırdı və Barens dənizinə tökülürdü. Çayın quruması prosesi Kanadanın iri buzlağı olan Kaskavulşun materikin dərinliklərinə doğru çəkilməsindən sonra başlayıb. Min illər ərzində dəyişməmiş qalan kanal axını sistemi dəyişikliklərə məruz qalıb. Ərimiş buzlağın suyu Slims çayı vasitəsilə deyil, Kaskavulş çayı vasitəsilə axmağa başlayıb. Su öz axarının istiqamətini dəyişərək cənuba doğru hərəkət etməyə başlayıb və Sakit okeana tökülüb. 

Fosforlu qurbağa - Sputnik Azərbaycan
Möcüzə tapıntı: O, gecələr işıq saçır

Tədqiqatçılar güman edirlər ki, təbiətdə baş verən bu dəyişiklik qlobal istiləşmənin təzahürüdür.

Alimlər tədqiqatın nəticələri barədə Nature Geoscience elmi jurnalında bəhs ediblər.

Mütəxəssislər digər problemləri də qlobal istiləşmə ilə əlaqələndirirlər. Təbii kataklizmlərin həcminin artması, bir çox adaların yoxa çıxmasına, Avropanın, Şimali Amerikanın bəzi ərazilərinin, eləcə də sahil ərazilərində yerləşən bir çox quru sahələrinin su altında qalmasına səbəb olub.

Xəbər lenti
0