Möcüzə tapıntı: O, gecələr işıq saçır

© carpazhaber / Mediabanka keçidFosforlu qurbağa
Fosforlu qurbağa - Sputnik Azərbaycan
Abunə olmaq
Amazon hövzəsində tapılan qurbağa, ultrabənövşəyi işığın altında yaşıl işıq yayır.

BAKI, 21 mart — Sputnik. Argentinadakı Amazon hövzəsində tapılan qurbağa, ultrabənövşəyi işığın altında yaşıl işıq yayır. 

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, alimlər indiyə qədər elmə məlum olmayan fosforlu qurbağa aşkarlayıblar. 

Argentinanın paytaxtı Buenos Ayresdəki Bernardino Rivadavia Təbiət Elmləri Muzeyinin tədqiqatçıları ölkədəki Amazon hövzəsində fosforlu qurbağaya rast gəliblər.

Klon Dolli - Sputnik Azərbaycan
İlk klonlaşdırılmış canlı

Əsasən yağışlı meşəliklərdə yaşayan xallı ağac qurbağalarının piqmentləri üzərində işləyən tədqiqatçılar normal işıqda qırmızı xallı solğun qəhvəyi və yaşıl dərisi olan bu qurbağaların üzərinə ultrabənövşəyi işıq tutulduğunda yaşıl işıq yaydığının fərqinə varıblar. 

Tədqiqatçılar yarışəffaf dəriyə malik qurbağanın limfa və vəzlərdən istifadə edərək işıq yaydığını müyyən ediblər. Ultrabənövşəyi işıq düşdükdə həmin qurbağaların parlaqlığı yüzdə 19-29 dəfə artır. 

Tədqiqatçılar ağaç qurbağası ilə yanaşı yarışəffaf dəriyə malik olan bütün onurğalılarda fosforun ola biləcəyini, bu kəşfin həmin sahənin araşdırılması üçün yeni imkanlar qazandırdığını bildiriblər. 

Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında yayımlanıb.

Xəbər lenti
0