"NATO Türkiyəyə hərbi müdaxilə etməlidir"

© REUTERS / Yves HermanФлаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива
Флаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"New York Times" qəzeti: Ərdoğan Avropa və Amerika ilə pis münasibətlər qurdu. Qərb əleyhinə düşmənçiliyi qızışdırdı, amma Rusiya ilə xoş münasibətlər yaratdı.

BAKI, 19 aprel — Sputnik. "NATO hərbi qurum olmasına baxmayaraq, demokratik dəyərlər naminə yaradılıb. Türkiyə isə NATO üzvü olmasına baxmayaraq, bu dəyərlərə zidd hərəkətlər edir".

Эмблема и флаг НАТО перед зданием Альянса в Брюсселе - Sputnik Azərbaycan
NATO-dan Türkiyə və Niderlanda çağırış

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "New York Times" qəzetində yayımlanan məqalədə qeyd olunub. "Türkiyədə demokratiya məğlub oldu" başlıqlı məqalədə, NATO-dan Türkiyəyə müdaxilə edilməsi istənilib.

Qəzet referendumdan sonra Ərdoğana təbrik zəngi edən ABŞ prezidenti Donald Trampı tənqid edib: "Bu zəng səhv addım idi. Ərdoğan Avropa və Amerika ilə pis münasibətlər qurdu. Qərb əleyhinə düşmənçiliyi qızışdırdı, amma Rusiya ilə xoş münasibətlər yaratdı".

"Əgər nə vaxtsa Türkiyədə demokratiya yenidən bərpa olunsa, bu, Ərdoğanın qurmaq istədiyi sistemi qəbul etmək istəməyən milyonlarla türkün sayəsində olacaq. Türklər haqlarını və azadlıqlarını geri qaytarmağın yolunu tapacaqlar" – "New York Times" yazıb.

Xəbər lenti
0