BAKI, 13 mart – Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq Niderland və Türkiyəni gərginliyi azaltmağa çağırıb.
Sputnik Azərbaycan “Financial Times”a istinadən xəbər verir ki, baş katib, NATO üzvü ölkələr arasında qarşılıqlı hörmətin önəmini qeyd edib.
"NATO üzvü dövlətləri bir-birinə hörmət etməyə və gərginliyin azaldılması üçün səylər göstərməyə çağırıram. Bu çağırışım xüsusilə Niderland və Türkiyəyədir" – deyə Y.Stoltenberq vurğulayıb.