BAKI, 18 apr – Sputnik. Vaxtilə Arda Turanı "Qalatasaray"dan 12 milyon avroya alıb, "Barselona"ya 41 milyona satan Madridin "Atletiko" klubu, bu dəfə də Oğuzhan Özyakup üçün "Beşiktaş"ın qapısını döyməyə hazırlaşır. Sputnik Azərbaycan bu barədə “Sporx”a istinadən məlumat verir.
"Atletiko" rəhbərliyi "Beşiktaş"lı hücumçu Oğuzhan Özyakupu heyətinə qatmaq istədiklərini açıqlayıb. 23 yaşlı forvardın transferini Madrid klubunun baş məşqçisi Dieqo Simeone özü şəxsən istəyib. Transferin hansı məbləğə gerçəkləşəcəyi ilə bağlı hələlik mətbuata açıqlama verilməyib.