CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN qatar" yola düşür

© Photo : ASAN mətbuat xidmətiSəyyar ASAN Xidmətin qatarı
Səyyar ASAN Xidmətin qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Bir sıra rayonlarda vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 28 mart — Sputnik. Səyyar ASAN xidmət 27 mart — 5 aprel tarixlərində Binəqədi rayonunun Binəqədi qəsəbəsində, 28 mart — 26 apreldə Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart — 11 apreldə Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart — 26 apreldə Salyan şəhərində, Səyyar "ASAN qatar" isə 28 mart — 11 aprel tarixlərində Ağstafa şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar ASAN xidmət yeni məntəqələrdə olacaq

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0