BAKI, 15 apr — Sputnik. "Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər yayılıb. Bu xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən böyük narahatlıqla qarşılanıb". Sputnik Azərbaycan-a AVİF-dən verilən xəbərdə belə deyilir.
Xəbərdə qeyd olunur ki, Beynəlxalq Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə Maksim Averin yığma komandadan və klubdan kənarlaşdırılıb. İdmançı ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.