Pentaqonun keçmiş rəhbərindən nüvə müharibəsi xəbərdarlığı

© Sputnik / РИА Новости / Mediabanka keçidАтомный взрыв
Атомный взрыв - Sputnik Azərbaycan
Abunə olmaq
Seulda 20 milyon insan zərbənin hədəfinə çevriləcək

BAKI, 15 apr — Sputnik. Pentaqonun sabiq rəhbəri Leon Panetta NBC telekanalının efirində Koreya yarımadasında vəziyyətin gərginləşməsini müzakirə edib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın Şimali Koreyaya qabaqlayıcı zərbəsi nüvə müharibəsinə gətirib çıxara bilər.

"Əvvəlki ABŞ prezidentlərinin Şimali Koreyaya qarşı "tətiyi nə üçün çəkməməklərinin" izahı var. Seulda 20 milyon insanı zərbənin hədəfinə çevirəcək, milyonlarla insanın həyatına son qoya biləcək nüvə müharibəsi ehtimalı mövcuddur" — deyə ABŞ-ın keçmiş müdafiə naziri bildirib.

O əlavə edib ki, münaqişənin nizamlanmasında Çin hökuməti rol oynamalıdır.

Xəbər lenti
0