XİN başçısı BMT-yə üsyan etdi

© AP Photo / SNPA, David RowlandKanadanın xarici işlər naziri Kristia Friland
Kanadanın xarici işlər naziri Kristia Friland - Sputnik Azərbaycan
Abunə olmaq
Kristia Friland: "BMT-dəki sistemsizlik problemi suriyalıların ağrısını görməzdən gəlməklə nəticələnir"

BAKI, 13 apr — Sputnik. "BMT daxilindəki sistemsizlik Suriyada zülmün bitməsinə əngəl yaradır. Zülm edənlər cəzasız qalır".

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp: "Suriya məsələsini bitirməyin vaxtı çatıb"

Sputnik Azərbaycan CBC-ə istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Kristia Friland deyib. "BMT Təhlükəsizlik Şurasında Suriya rejimi əleyhinə keçirilən səsvermə zamanı Rusiyanın veto qərarı verməsi bizi dərindən kədərləndirdi" — Friland bildirib.

"BMT-dəki sistemsizlik problemi suriyalıların ağrısını görməzdən gəlməklə nəticələnir və zalımların etdikləri zülmə görə cavab verməsinin önünü kəsir. Biz Əsəd rejiminə dəstək olan az sayda dövlətləri, kimyəvi silahlardan istifadəni pisləyən beynəlxalq birliklə yanaşı durmağa çağırırıq" — o, əlavə edib.

Xəbər lenti
0