Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Günəşə bənzəyən yemək

Abunə olmaq
Maxara – Əsasən Zaqatala və Balakən rayonlarının kəndlərində yayılıb. Qədim zamanlardan bu günə kimi bölgənin camaatı əziz qonaqlarını sac xörəyi olan maxara ilə qarşılayıb.

Sədaqət Abdullayeva bu təamın hazırlanması üçün ərzaq reseptini və onun bişirilmə qaydasını da bizlərlə bölüşdü.

Maxaranın hazırlanmasında lazım olan ərzaqlar:

1 litr süd
1 stəkan un
2 ədəd yumurta
Yarım çay qaşığı duz

Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru horra hazırlamaq lazımdır. Südün əvəzinə sudan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq sarıkök də qatmaq mümkündür.

Sonra sacın altına ocaq qalamaq lazımdır. Sac qızdıqdan sonra hazırlanmış horranı isti sacın üstünə tökmək lazımdır. Onu sacın üzərinə tökəndə, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin.

Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir. Adətən kərə yağı olmalıdır. Yağlandıqdan sonra maxaranın üzərinə bal və ya mürəbbə şirəsi çəkilir.

 

Xəbər lenti
0