BAKI, 12 apr — Sputnik. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Açıq Hökumət Platformasının birgə keçirdiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans vətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatlmaq üçün həyata keçirilən tədbirlərdə daha yaxından iştirakı məsələlərinin müzakirəsi baxımdan çox əhəmiyyətli oldu".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, Açıq Hökumət Platforması vətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən tədbirlərdə daha yaxından iştirakı məsələlərinin müzakirəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi, cənab Natiq Əmirova müraciət edib. Müraciət müsbət cavablandırılıb: "Bu təşəbbüsə görə, cənab Natiq Əmirova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təşəkkür edirəm. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi çox əhatəli hazırlanıb və ən əsası ölkəmizin inkişafı ilə bağlı gerçəkçi baxışı əks etdirir. Şübhəsiz ki, indi əsas məsələ nəzərdə tutulan məqsədlərə çatmaq üçün qarşıda duran vəzifələrin həllidir. Düşünürəm ki, bu hədəflərə nail olmaq bütün cəmiyyətimiz üçün əsas məqsəd olmalıdır. Bu baxımdan bilavasitə vətəndaş cəmiyyətinin iştirakı formaları, rolunun müzakirəsi çox faydalı oldu".
Ə.Nuriyev qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu ilə bağlı fikirlərini açıqlayıb: "Bu bizim üçün çox vacib idi. V.Qasımlı strateji yol xəritələrinin müzakirəsi prosesini xatırladaraq, qeyd etdi ki, tədbirlərin icarsı, monitorinqi məsələlərində də vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq nəzərdə tutulur. Bundan sonra da müzakirələr davam etdiriləcək. Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıcdır. Çünki bu sənəd çərçivəsində islahat prossesinə dəstək vacibdir və bu dəstək hərtərəfli olmalıdır".
Platforma koordinatoru əlavə edib ki, milət vəkili, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov, İqtisad Universiterinin rektoru Ədalət Muradov, AMEA-nın İqtisadiyyat Universitetinin direktoru Nazim İmanov, Dünya Bankının əməkdaşı Səidə Bağırlı da öz fikirlərini qeyd ediblər.
Platforma üzvləri Sabit Bağırov, Rəna Səfərəliyeva, Vüqar Bayramov, Abil Bayramov, İsrail İsgəndərov, Ümud Mirzəyev, Qadir İbarhimli, ekspertlər Osman Gündüz, Elçin Rəşidovun qeyd olunan məsələlərlə bağlı təkliflərini diqqətə çatdırdıqlarını vurğulyan Ə.Nuriyev açıq, faydalı müzakirələr aparıldığını, istər dövlət qurumları, istərsə də Açıq Hökumət Platformasının təmsilçilərinin ortaq baxışının müəyyənləşdiyini deyib: "Ortaq baxışın müəyyənləşməsi, birgə fəaliyyətlərlə bağlı fikir mübadiləsinın aprılması vətəndaş cəmiyyəti üçün çox əhəmiyyətlidir. Platforma olaraq, vətəndaş cəmiyyəti təmsilçiləri kimi strateyi yol xəritələrində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə hər cür dəstək verilməsinə hazırıq. İslahatlar prosesinə dəstək verilməsi, bu məsələlərin müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, şübhəsiz ki, daha çox fayda verəcək. Düşünürəm ki, dövlət qurumları üçün də vətəndaş cəmiyyətinin mövqeyi, təkliflərini öyrənmək əhəmiyyətli oldu. Bu cür müzakirələr səyləri birləşdirməyə və uğurlu praktik nəticələr əldə etməyə zəmin yaradır. Əminəm ki, yaxın gələcəkdə bu cür müsbət nəticələrin şahidi olacağıq".
Ə.Nuriyev bildirib ki, strateji yol xəritələri ilə bağlı birgə tədbilər davam etdiriləcək: "Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzularla həsr olunacaq".