BAKI, 10 apr – Sputnik. İngiltərənin ulduz futbolçusu Devid Bekhem, Los-Anceles şəhərində yerləşən məşhur “İzaka” yapon restoranında yer tuta bilmək üçün 45 dəqiqə növbəyə durub.
© Photo : AKM-GSI-XPOSUREDevid Bekhem “İzaka” restoranının qarşısında növbə gözləyərkən
Devid Bekhem “İzaka” restoranının qarşısında növbə gözləyərkən
© Photo : AKM-GSI-XPOSURE
Son dövrdə olduqca məşhur olan restoranda yer tapa bilməyən Bekhem, adını gözləmə siyahısına yazdırıb məkanın qapısında gözləməyə başlayıb.
Sputnik Azərbaycan “Daily Mail”ə istinadən xəbər verir ki, restoran işçiləri, Bekhemin dünyadakı nüfuzuna baxmayaraq, ona güzəştə getməyiblər.
41 yaşlı Bekhem gözləmə müddətində pərəstişkarları ilə selfi çəkdirib. Sabiq futbolçu daha sonra restorana girərək dostu ilə şam yeməyi yeyib.