CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan alveri ildən-ilə artır

© Photo : APAAzərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov
Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov - Sputnik Azərbaycan
Abunə olmaq
Vilayət Eyvazov: "2016-cı ildə Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər ilə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb"

BAKI, 7 apr — Sputnik. Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov parlamentdə hesabat verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2016-cı ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumat açıqlanıb.

V.Eyvazov bildirib ki, 2016-cı ildə Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər ilə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib. 

Девушка с завязанными руками в салоне автомобиля, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qız qaçırmağın yeni forması meydana çıxıb

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində isə 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-si “Azərbaycan Uşaq Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib.

V.Eyvazov bildirib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub. Həmçinin, Vəkillər Kollegiyası ilə bağlanmış müqavilə əsasında hər bir zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə dövlət hesabına peşəkar hüquqi yardımla təmin edilib. 

Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cinayət yolu ilə sərvət qazananlara bəd xəbər

Nazir müavini deyib ki, 2016-cı ildə Azərbaycanın şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilib. Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib. Bununla belə, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, habelə uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara baxılması üçün 300 material göndərilib.

Müzakirələrdən sonra Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik hesabatı səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0