BAKI, 6 apr — Sputnik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibinə daxil olan Şotlandiyanın birinci naziri Nikola Stercen, ölkəsinin müstəqilliyə yaxınlaşdığını söyləyib. Sputnik Azərbaycan bu barədə "Telegraph"a istinadən bildirir.
"Şotlandiya müstəqil dövlət olacaq. Həyatda olduğum müddətdə Şotlandiyanın müstəqil dövlət olacağına və başqa ölkələr kimi BMT-də öz yerini alacağına əminəm" — xanım Stercen deyib.
O bildirib ki, müstəqilliklə bağlı keçiriləcək yeni referendumdan müsbət cavab çıxdıqdan və Şotlandiya Britaniyadan ayrıldıqdan sonra, İngiltərə ilə aralarında sərbəst ticarət olacaq: "Şotlandiya və İngiltərə hər zaman qarşılıqlı sərbəst ticarət aparmalıdır. Bu, hər iki tərəf üçün də sərfəlidir".