Şotlandiya yenidən müstəqillik yolunda

© REUTERS / Carlo AllegriŞotlandiya
Şotlandiya - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir referendumun keçirilməsi ilə bağlı cəmiyyətin rəyinin öyrənilmə kampaniyasına başlanıldığını bildirib

BAKI, 2 sen — Sputnik. Şotlandiyanın baş naziri Nikola Sterken, ölkəsinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibindən çıxmaqla bağlı referendumun keçirilməsinə hazırlıq işlərinin görülməsi tapşırığını verib. Sputnik Ria-ya istinadən xəbər verir ki, N. Sterken referendumun keçirilməsi ilə bağlı Şotlandiya cəmiyyətinin rəyinin öyrənilmə kampaniyasına başlanıldığını bildirib.

2014-cü ilin sentyabrında keçirilən referendumda seçicilərin 53 faizi Britaniyanın tərkibində qalmağın lehinə, 47 faizi isə əleyhinə səs vermişdi. Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı referendumdan sonra Şotlandiyada krallıqdan ayırlmaqla bağlı məsələ yenidən gündəliyə gəlib.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının lehinə seçilərin 51,9 faizi, əleyhinə isə 48,1 faizi səs verib.

Xəbər lenti
0