Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu bitkini yesəz, bütün xəstəliklərdən xilas olacaqsız

Kaktus
Kaktus - Sputnik Azərbaycan
Abunə olmaq
O, təkcə kompüter şüasından qorumur, yemək kimi də yeyildikdə min bir dərdə dərman olur

BAKI, 6 apr — Sputnik. O, təkcə kompüter şüasından qorumur, yemək kimi də yeyildikdə min bir dərdə dərman olur. Söhbət hər birimizə yaxşı tanış olan və insana heç bir əziyyət vermədən asanlıqla becərilən kaktus bitkisindən gedir. 

Sputnik Azərbaycan "Sağlamailə"yə istinadla xəbər verir ki, daha çox kompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə tanınan kaktus əslində sağlamlıq baxımından möcüzəvi faydaları olan bir qidadır. 

Kaktusun hansı faydaları var?
• Xolesterolu aşağı salır.
• Şəkər xəstəliyinə faydalıdır.

Ətirşah - Sputnik Azərbaycan
Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq
  

• Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır.
• Kaktus yarpağı xərçənglə mübarizə aparır.
• Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur.

• Həzmi dəstəkləyir.
• Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir.
• Arıqladır.
• Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər.
• Beyin hüceyrələrini qoruyur.

Tut ağacı - Sputnik Azərbaycan
SƏHİYYƏ
İnsan orqanizmi üçün çox faydalı 6 bitki

• İltihabı azaldır. 

• Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. "Kuersetin" adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir.
• Kaktus meyvəsinin və köklərinin tərkibindəki flavanoid beyindəki neyronları qoruyur.

Bəs kaktusu necə yeməli?

Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar.

Xəbər lenti
0