CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq

© AP Photo / Nebesnyi-iriy.ruƏtirşah
Ətirşah - Sputnik Azərbaycan
Abunə olmaq
Mesenat: "Mən kənddəki evimizdə olduğu kimi qoxusun deyə, evimin həyətində Şəkidən gətirilmiş çiy torpaqdan ətirşah üçün ev tikdirdim."

BAKI, 1 mart-Sputnik. "Bizim kənddəki çiy kərpicdən tikilən evimizdə ətirşah vardı. Onun ətri adamı bihuş edirdi. Sonra Bakıda ətirşah alıb evə qoyduq. O ətri vermədi. Mən kənddəki evimizdə olduğu kimi qoxusun deyə, evimin həyətində Şəkidən gətirilmiş çiy torpaqdan ətirşah üçün ev tikdirdim." 

Bu kövrək hekayəni ölkədə daha çox mesenat kimi tanınan iş adamı Nazim Abdullayevdən eşitmişdik. Doğrudur, mesenatdan ətirşahın onun üçün tikilmiş evdə o ətri verib-vermədiyini öyrənmək imkanımız olmayıb. Amma o möcüzəvi bitki barədə oxuculara bəzi şeyləri çatdırmaq istəyirik.
Sputnik saglamolun.az-a istinadla bildirir ki, botanikada adı — pelarqoniya olan ətirşah, adi soyuqdəymə və ciddi xəstəliklərlə mübarizə apara bilir.

Bitkinin tarixinə nəzər saldıqda onun vətəninin cənubi Afrika olduğu bildirilir. Avropa kontinentinə isə XVII-ci əsrin sonlarında dekorativ bitki kimi gətirildiyi deyilir.

Müasir dövrdə aparılan sınaqlar hətta mütəxəssisləri təəəccübləndirmişdir, belə ki, tərkibindən ifraz olunan bakteresid maddələr, yaxınlıqda olan mikrobların hamısını məhv edə bilir. Havanı mikroblardan təmizlənməsindən əlavə, ətirşah, isti aylarda aktual olan həşəratları da qaçırdır.

Kimyəvi tərkibi

Bitkinin xeyirli xüsusiyyətləri əsasən onun yarpaqlarının tərkibində çoxlu miqdarda efir yağlarınınolmasıdır ki, onlar müalicəvi təsir göstərirlər. Bu tək yarpaqlara aid deyil, bu bitkinin həm kökü, həm gülü, həm də yarpaqları çox xeyirli sayılır.

Bitkinin kökünün tərkibində fenollar, yuxarı yaşıl hissəsində müxtəli fenol birləşmələri, saxaroza, kraxmal və hemisellülozavardır.Yarpaq və güllərin tərkibi fenolkarbon turşuları, vitaminlər, ellaqotaninlər, flavonoidlər, piqment, efir yağları və karbohidratlarla zəngindir.

Xeyirli xüsusiyyətləri

Bu bitkinin bütün xeyirli xüsusiyyətlərini sadalamaq mümkün deyil. O, antiseptik, ağrıkəsici, sidik qovucu, bakteresid, antivirus, qankəsici və şəkər əleyhii təsirlərə malikdir.
Ətirşah — qan axınını stimullaşdırır, ürək ritmi və ürək əzələsinin işini normallaşdırır, baş ağrısında kömək edir. Biləyin üzərinə yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümükündür.

Bitki — qaraciyər, məsə-bağırsaq traktı və böyrəyin işini nizama salır. Ümumiyyətlə isə böyrək və öd kisəsində problemi olan insanların evində bu bitkinin olması, elementar olaraq fiziki vəziyyəti yaxşılaşdırır.

Ətirşah — həmçinin zökəm, öskürək, anqina və soyuqdəymə üçün əla vasitə sayılır. Bu hallarda yarpaqlar qaynadılaraq onlardan məhlul düzəldilir və boğaz o məhlulla yaxalanır.

Otit zamanı da geniş istfadə olunan ətirşah, bükülərək qulağa yerləşdirilir ki, müalicəvi təsir etsin.

Dişiniz ağrıdığı zaman da,dişin üzərinə qoyula bilər, belə ki, ətirşahın ifraz etdiyi aktiv maddələr ağrı hissinin götürülməsini təmin edir. Bundan əlavə doğranmış yarpaqlardan edilən kompreslər osteoxondroz və radikulitdə kömək edir.

Xəbər lenti
0