Dolları olanlara pis xəbər

© Sputnik / Anar MustafayevDolları olan adam
Dolları olan adam - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhərdən etibarən banklarda və "qara bazar"da dollar ucuzlaşıb

BAKI, 5 apr — Sputnik. Bu gün Azərbaycan kommersiya banklarının bir çoxu dolların alış-satış kursunu daha da ucuzlaşdırıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən aşağı alış kursu 1.7050 manat, ən aşağı satış məzənnəsi isə 1.7150 manatdır.

Dollar - Sputnik Azərbaycan
Dollar gözlənilən zərbəni aldı

Belə ki, dünən axşam saatları ilə müqayisədə "Atabank" dolların alış və satış kursunu 1 qəpik ucuzlaşdırıb: alış — 1.7000 manatdan 1.6900 manatadək, satış — 1.7400 manatdan 1.7300 manatadək.
"Caspian Development Bank" isə dolların alış kursunu eyni 1 qəpik ucuzlaşdırıb, satışını isə 1,5 qəpik: alış — 1.6900 manatdan 1.6800 manatadək, satış — 1.7500 manatdan 1.7350 manatadək. "Amrahbank" və "Yapı Kredi Bank Azərbaycan" isə yalnız dolların alış məzənnəsini 1 qəpik ucuzlaşdırıb: 1.6900 manatdan 1.6800 manatdək.

Bu arada, valyuta hərracından sonra aprelin 5-də banklarla yanaşı, "qara bazar"da da dollar xeyli ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.7100 manatdan 1.6800 manata, satışı isə 1.7250 manatdan 1.7000 manata kimi düşüb. Bu isə manatın 1,4-1,7% bahalaşması deməkdir.

Qeyd edək ki, "qara bazar"da bu məzənnə sonuncu dəfə Novruz bayramından əvvəl qeydə alınmışdı. Hazırda banklarda isə dolların alış-satışı 1.6800-1.7400 manat arasında dəyişir.

Xəbər lenti
0