BAKI, 4 apr — Sputnik. Bu gün Mərkəzi Bankda (MB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb. Bu gün isə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsindədir.
Qeyd edək ki, bu gün Azərbaycan kommersiya banklarının bir çoxu dolların alış-satış kursunu ucuzlaşdırıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda dollar 1.6300 manatadan başlayaraq alınır, 1.7290 manatdan yüksək satılır.
Belə ki, dünən "Unibank" dolları 1.7210 manata alıb, 1.7400 manata satırdı, indi isə 1.7150 manata alıb, 1.7320 manata satır. Bundan savayı "Bank Silk Vey" həmçinin həm alışı, həm də satışı ucuzlaşdırıb: alış 1.7200 manatdan 1.7000 manatadək, satış 1.7420 manatdan 1.7400 manatadək. "Amrahbank" yalnız dolların satış məzənnəsi ucuzlaşdırıb: 1.7380-dən 1.7300 manatadək. "Bank Avrasiya" isə dünənki məzənnə ilə müqayisədə dolların alış kursunu 1 qəpik bahalaşdırıb: 1.7100 manatdan 1.7200 manatadək.