Rayon ictimaiyyətinin və Silahlı Qüvvələrin şəxsi heyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini Rasim Manafov çıxış edib. O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "aprel döyüşləri tarixdə bizim böyük qələbəmiz kimi qalacaq".
"Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi" — R. Manafov bildirib.
Tədbirdə Silahlı Qüvvələrin hərbi orkestrinin iştirakı ilə incəsənət ustalarının ifasında vətənpərvərlik mahnıları, ordumuzun qələbəsinə həsr olunmuş nəğmələr səsləndirilib. Xalq artisti, Silahlı Qüvvələrin zabiti Azərinin ifaları alqışlarla qarşılanıb.