Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Respublika başçısı korrupsiya ittihamı ilə həbs olundu

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidAleksandr Solovyov
Aleksandr Solovyov - Sputnik Azərbaycan
Abunə olmaq
O, ümumilikdə 140 milyondan artıq rüşvət almaqda ittiham edilir

BAKI, 4 apr — Sputnik. Rusiyanın İstintaq Komitəsi Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyovla bağlı cinayət işi qaldırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (Rusiya Federasiyasında dövlət vəzifəsi tutan vəzifəli şəxslərin xüsusilə iri məbləğdə rüşvət alması) üzrə aparılır.

Rüşvət - Sputnik Azərbaycan
Azərbaycanlı nazirin nəhəng korrupsiyası ortaya çıxdı

Hazırda Solovyovu istintaq fəaliyyətləri ilə əlaqədar olaraq Moskvaya aparıblar. Yaxın zamanlarda ona qarşı ittiham irəli sürüləcək.

İstintaqın versiyasına görə, Solovyov 2014-2016-cı illər ərzində Kama və Buy çayları üzərində körpü tikən təşkilatların nümayəndələrindən ümumilikdə 139 milyon rubl rüşvət alıb. Eyni zamanda ona kommersiya təşkilatlarında iştirakla əlaqədar olaraq 2,7 milyon rubl dəyərində "mükafat" verilib.

Bildirilir ki, Udmurtiyanın başçısı bu rüşvətin qarşılığında federal və regional büdcədən növbədənkənar vəsaitlər ayırmalı, yeraltı sahənin geoloji baxımdan kəşfiyyatı və öyrənilməsi üçün lisenziya verməli, qum və qum-çınqıl qarışığı ilə təchiz etməli imiş.

Суд - Sputnik Azərbaycan
Məhkəmə sabiq prezident barəsində həbs qərarı çıxarıb

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarındakı mənbə Rusiya mediasına Solovyovun saxlanılması ilə bağlı məlumat verib. Mənbə bildirib ki, onu əvvəlcə Moskvaya gətiriblər. Onun hansı işlə əlaqədar olaraq saxlanıldığı hələlik dəqiqləşməyib. Rusiya KİV-lərinə Udmurtiyanın başçısı ilə bağlı RF CM-in 285-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə iş açıldığı bildirilib.

Aleksandr Solovyov 14 sentyabr 2014-cü ildə Udmurtiyada keçirilən seçkilər nəticəsində başçı seçilib. O, 19 fevral 2014-cü il tarixindən Rusiya prezidentinin sərəncamı ilə sözügedən regionun müvəqqəti icra başçısı təyin edilib.

Buna qədər Solovyov Federasiya Şurasında Udmurtiyanı təmsil edib. 2007-ci ildən 2013-cü ilə qədər Udmurtiya Respublikasının dövlət Şurasının dördüncü və beşinci çağırış sədri olub.

RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, artıq prezident Vladimir Putinə Solovyovun saxlanılması barədə məruzə edilib. Onu da qeyd edək ki, Solovyov saxlanıldıqdan sonra "Vahid Rusiya" Partiyasının üzvlüyündən də çıxarılıb.

Xəbər lenti
0