Azərbaycanlı nazirin nəhəng korrupsiyası ortaya çıxdı

CC0 / janeb13 / moneyRüşvət
Rüşvət - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatın fırıldağına ortaq olan maliyyə naziri həbs olunub

BAKI, 7 mart — Sputnik. Kiyevin Solomensl rayon məhkəməsi Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, onun zaminə buraxılması üçün 100 milyon qrivna (3,7 milyon dollar) girov qoyulub. Nəsirov 30 aprelə qədər həbsdə saxlanılacaq.

Xatırladaq ki, azərbaycanlı Roman Nəsirov "dövlət əmlakını talamaq" maddəsi ilə həbs olunub. O, Ukrayna büdcəsindən 70 milyon dollardan artıq vəsait talamaqda günahlandırılır.

Qeyd edək ki, həmin məsələ ilə bağlı Ukrayna Ali Radasının sabiq deputatı Aleksandr Onişenko da saxlanılıb. Fiskal Xidmətin rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əvvəllər fırıldaqçılıqda günahlandırılan Onişenkonun firmasının vergi borclarının yenidən strukturlaşdırılmasını həyata keçirib.

Xəbər lenti
0