BAKI, 30 mart — Sputnik. Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı çıxarıb.
Bu barədə “YTN” telekanalı xəbər verib.
Koreya Respublikasının prokurorluğu məhkəməyə müvafiq sorğu ilə martın 27-də müraciət etmişdi. Beləliklə, məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlar ilə razılaşıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlıdır.