Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanlı sahibkarlar üçün unikal imkan

© Sputnik / Ramil Ibrahimov"Azexport" portalının təqdimatı
Azexport portalının təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlar istehsal etdikləri məhsulları bu portal vasitəsilə asanlıqla xaricə sata biləcəklər

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 1 apr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Azexport" portalının sahibkarlar üçün təqdimatı ilə bağlı respublika turuna cəbhə xəttində yerləşən Ağdam rayonunda yekun vurub.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Quzanlı qəsəbəsində keçirilən görüşdə Ağdam, Füzuli və Tərtərdən 100-dək sahibkar iştirak edib. Görüşdə Mərkəzin icraçı direktoru çıxış edərək paytaxt və respublikanın digər bölgələrində bu günə qədər 20-dən artıq görüş keçirilsə də, cəbhə bölgəsində baş tutan tədbirin xüsusi əhəmiyyət daşıdığını bildirib. Görüş zamanı sahibkarlara portaldan istifadə etmək qaydaları izah edilib və xidmətin tamamilə ödənişsiz həyata keçirildiyi qeyd olunub.

© Sputnik / Ramil Ibrahimov"Azexport" portalının sahibkarlar üçün təqdimatı
Azexport portalının sahibkarlar üçün təqdimatı - Sputnik Azərbaycan
"Azexport" portalının sahibkarlar üçün təqdimatı

Tədbirdə iştirak edən sahibkarlardan biri portal vasitəsilə istehsal etdikləri məhsulu xarici bazara, bir mərkəzdən və daha asan şəkildə çıxara biləcəklərini deyib.

"Kəndlinin istehsal etdiyi məhsulu biz xarici bazarda tanıda bilmirdik. Məsələn, bu il soğan məhsulu bol idi, anbarlarda qalıb hətta xarab olurdu. İndi "Azexport" vasitəsilə biz həmin məhsulları təklif edə, asan yolla satışa çıxara bilərik" — deyə sahibkar Habil Abbasov bildirib.

Bölgədə pambıqçılıqla məşğul olan tədarükçü şirkətlər də İİTKM-nin təklif etdiyi yeni sistemə qoşulmağın daha faydalı olacağından əmindirlər. Artıq tədarükçü şirkətlərdən biri portal vasitəsilə istehsal etdiyi məhsullarla bağlı İran və Rusiyadan sifarişlər alıb.

Meyvə bağı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sahibkar bağ salır, bəhrəsini görməmiş icarə müddəti bitir

"Azexport" vasitəsilə bu günə kimi 3 min tona yaxın mahlıc xaricə satılıb. Mahlıcın satışı çətin olmasa da, pambıqdan alınan digər məhsulların satışını təmin etmək çətindir. Biz xahiş edəcəyik ki, tiftik kimi digər məhsulların da satışında bizə yaxından kömək etsinlər" — deyə tədarükçü şirkətin baş direktor müavini Ağahüseyn Qədirov bildirib. 

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə açıqlamasında "Azexport"un Azərbaycan sahibkarlarının rəqabət qabiliyyətli malları xarici bazara çıxara bilməmək problemini birdəfəlik aradan qaldıracağını deyib.

"Azexport vasitəsilə sahibkarların mallarına artıq dünya bazarından sifarişlər gəlib. Bu, onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi quruculuq işləri öz nəticəsini göstərir. Xüsusilə də cəbhə bölgələrində Azərbaycan iqtisadiyyatının inkişafı bilavasitə Azərbaycan Respublikası prezidentinin nəzarətində olan bir məsələdir. Cəbhə bölgələrindən əsasən "Azexport" portalı üzərindən pambıq, barama, meyvə-tərəvəz və digər bu kimi məhsullara dünya bazarından təlabat var" — deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru bildirib.

Tədbirdə o da vurğulanıb ki, yeni sistem Azərbaycanın qeyri-neft sektorunun inkişafını təmin edəcək.

Xəbər lenti
0