BAKI, 31 mart — Sputnik. Bu gün olkənin iri kommersiya banklarından biri dolların alış qiymətini 4 qəpik bahalaşdırıb. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, söhbət "AG Bank"dan gedir. Məlumata əsasən, dünən axşam bank dolları 1.6650 manata alırdısa, bu səhər məbləğ 1.7050 manatadək yüksəlib.
Digər bankların da əksəriyyəti dolların alış kursunu qaldırıb. Belə ki:
"Amrahbank" 1.7050 manatdan 1.7200 manatadək;
"Accessbank" 1.6720 manatdan 1.6730 manatadək;
"Atabank" 1.7100 manatdan 1.7150 manatadək.
Bu arada, "Bloomberg" terminalında da dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, banklar arasında dollar ticarətə 1.7283 manatla başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,92% bahalaşması deməkdir.
Qeyd edək ki, dollar terminal üzərində ötən günü 1.7125 manat kursu ilə yekunlaşdırmışdı. Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi "Bloomberg" terminalından istifadə edirlər. "Bloomberg" banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.