BAKI, 30 mart — Sputnik. Moskva birjasında keçirilən hərracın gedişində dolların kursu 56 rubla düşüb. Sonuncu dəfə 1 dollar 2015-ci ilin iyulunda 56 rubl olmuşdu. Ötən il isə dollar 90 rubladək qalxmışdı.
Saxo Bank-ın strateqi Con Hardinin sözlərinə görə, 2017-ci ildə dolların orta qiyməti 62 rubl olacaq.