Beynimizdəki məlumatlar birbaşa kompüterə köçürüləcək

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidBeyin gücü
Beyin gücü - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da insanın fikirlərini rəqəmsal cihazlara yazmaq metodunun işlənib hazırlanması ilə məşğul olan şirkət yaradılıb

BAKI, 29 mart — Sputnik. ABŞ-da insanın fikirlərini rəqəmsal cihazlara yazmaq metodunun işlənib hazırlanması ilə məşğul olan şirkət yaradılıb. "Neuralink" adlı bu firmanın təsisçisi amerikalı biznesmen, "Tesla" və "SpaceX"in rəhbəri İlon Maskdır.

beyin - Sputnik Azərbaycan
SƏHİYYƏ
Şizofreniya insan beyninin təkamülünün nəticəsi imiş

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şirkət ötən ilin yayında Kaliforniyada qeydiyyatdan keçib. Onun tibb sahəsində tədqiqatlarla məşğul olduğu bildirilir. Mask bu firmanı maliyyələşdirəcək və onun rəhbərliyinə daxil olacaq. "Neuralink"ə, həmçinin "PayPal" ödəniş sisteminin həmtəsisçisi, Piter Til Fondu da maliyyə ayırmağa hazırdır.

Məlumata görə, şirkət beyni kompüterlə birləşdirməyə qadir olan "beyin krujevası" adlanan texnologiya üzərində işləyir. Bu sistem informasiyaları beyindən kompüterə birbaşa köçürməyə imkan verəcək və əlavə rəqəmli şüur qatının yaradılması ilə insan beyninin imkanlarının gücləndirilməsinə yönələcək.

Bu səbəbdən də insan süni intellektin fonunda inkişafdan qalmayacaq və onun təkmilləşməsi ilə ayaqlaşa biləcək. Eyni zamanda bu, bir sıra xəstəliklərin, o cümlədən epilepsiya və iflicin müalicəsinə kömək edəcək.

Pornoqrafik saytlara baxan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pornofilmlərin insan beyninə təsiri barədə dəhşətli faktlar

Sözügedən yeni texnologiya barədə İlon Mask ilk dəfə ötən il Recode's Code konfransında danışıb. Həmin vaxt o bildirmişdi ki, bu kompüter-beyin sistemi özünü "maşınla simbioz" kimi təqdim edəcək.

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda texnoloji şirkətlərin rəhbərləri süni intellektin yayılmasının cəmiyyətə və əmək bazarına təsirini müzakirə etmişdilər. Onların əksəriyyəti hesab edir ki, süni intellektin inkişafı təkcə iş yerlərinin ixtisarına gətirib çıxarmır, həm də yeni iş yerləri yaradır. Dövlət və cəmiyyət bu məsələ ilə bağlı yaranan problemləri öz aralarında həll etməlidir.

Xatırladaq ki, "Forbes" jurnalının məlumatına görə, İlon Maskın sərvəti 13,8 milyard dolları aşır. Onun əsas investisiyaları alternativ elektroenerji və kosmos proqramlarının inkişafı ilə bağlıdır.

Xəbər lenti
0