Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Pornofilmlərin insan beyninə təsiri barədə dəhşətli faktlar

CC0 / blickpixel / notePornoqrafik saytlara baxan adam. Arxiv şəkli
Pornoqrafik saytlara baxan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun müddət pornoqrafiyanın təsirində olan insanlarda narkotik maddənin bədəndə meydana gətirdiyi nəzarət itkiləri və hissizlik kimi hallar formalaşır. Əgər o an pornofilm izləməsələr, ölə biləcəklərini düşünürlər.

BAKI, 30 mart — Sputnik. Yetkinlik dövrünə çatmış istənilən şəxsdə cinsi həyata maraq artır. Məktəbdə cinsi təhsil olmadığı üçün də gənclərimiz bu barədə məlumatları yoldaşlarından, internetdən və filmlərdən öyrənirlər. Açıq etiraf etmək lazımdır ki, gənclər cinsəlliyi porno filmlərdən öyrənirlər. Bu, danılmaz bir gerçəkdir. Bəs həmin o porno filmlərin ona baxan insana necə təsir etdiyini bilirikmi? Araşdırma aparsaq, görərik ki, cəmiyyət bu barədə olduqca məlumatsızdır.

MTRŞ - Sputnik Azərbaycan
MTRŞ ANS-in efirində gedən pornoqrafik məqamları açıqladı

Porno filmlərdəki şişirdilmiş görüntülər gənclərdə seksin filmlərdəki kimi olduğu düşüncəsini yaradır. Bu isə gələcəkdə həmin şəxsin cinsi həyatında ciddi problemlərə səbəb olur.

Psixoloqların bu sahədə apardığı araşdırmalar göstərir ki, cinsi məzmunlu film izləmək insanda asılılıq yaradır. Pornoqrafiya zehni inkişaf və beyin üzərində bəzi dəyişikliklər meydana gətirir. Beyində narkotik təsiri yaratdığı isə elmi araşdırmalarla sübut edilmiş bir faktdır.

Fiziki bir maddə olmasa da, uzun müddət pornoqrafiyanın təsirində olan insanlarda narkotik maddənin bədəndə meydana gətirdiyi nəzarət itkiləri və hissizlik kimi hallar formalaşır. Bu cür hallar həmin şəxsdə hiss olunduğu anda, o, dərhal porno izləməyə yönəlir və onda belə bir düşüncə formalaşır ki, sanki o an porno izləyib rahatlamasa, səhhətində kəskin pisləşmə olacaq.

Mövzunu Sputnik-ə şərh edən psixoloq Fəxriyyə Tahirqızı, porno asılılığının səbəbini belə açıqlayıb: "Porno izləmə xəstəliyi, yaxud asılılığı anidən yaranan proses deyil. Bu, lap erkən yeniyetməlik dövründə başlayır. Əgər valideynlərin ciddi nəzarəti olmasa, uşağın gələcəkdə bu xəstəliyə düçar olması qaçınılmazdır".

Psixoloq, bu cür şəxslərin cəmiyyətdə özlərini normal apara bilmədiklərini, tez-tez özünə qapanma, huş itirmə halları ilə qarşılaşdıqlarını da deyib: "Pornoqrafiyanın təsirinə məruz qalan şəxslər hər hansı işi sona çatdırmaqda əziyyət çəkirlər və çox tez yorulurlar. Onlarda bəzən elə hallar yaranır ki, əgər o an pornofilm izləməsələr, ölə biləcəklərini belə düşünürlər".

Fəxriyyə Tahirqızı, valideynləri xüsusilə diqqətli olmağa çağırıb: "Xüsusilə yeniyetməlik çağında olan uşaqların bağlı qapılar arxasında internetə girməsinə valideynlər mane olmalıdırlar. Onlara cinsi həyat barədə məlumat verməkdən çəkinməsinlər. Əks təqdirdə uşaqlar bu məlumatları porno film izləyərək öyrənəcəklər".

Psixoloqun sözlərinə görə, davamlı olaraq porno izləmək beyində uzun müddətli neyro plastik dəyişimlər meydana gətirə bilir: "Porno asılılığı olan insanlarda partnyorun daha az cazibədar olması kimi düşüncələr də formalaşır. Bu da sonda ailələrin dağılması və boşanmalarla nəticələnir".

Xəbər lenti
0