Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisinin yoldaşlıq oyunlarındakı heyəti müəyyənləşib

© AZƏRTACFutzal üzrə Azərbaycan millisi
Futzal üzrə Azərbaycan millisi - Sputnik Azərbaycan
Abunə olmaq
Futzal üzrə Azərbaycan millisinin Moldova ilə yoldaşlıq oyunlarındakı heyəti müəyyənləşib

BAKI, 28 mart — Sputnik. Futzal üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə keçirəcəyi iki yoldaşlıq oyununda çıxış edəcək heyəti müəyyənləşib.

Baş məşqçi Biro Jade hər iki görüşdə heyətə Rövşən Hüseynli, Elnur Zamanov, Anar Məmmədov, Faiq Əliyev, Fərid Atakişiyev, Xətai Bağırov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins, İsa Atayev və Oqtay Rüstəmlini daxil edib.

Qeyd edək ki, martın 29-da və 30-da Bakı İdman Sarayında təşkil olunacaq hər iki qarşılaşma saat 18:30-da başlayacaq.

Futzal üzrə yığmamız apreldə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunları çərçivəsində Bosniya və Herseqovina, Albaniya və Macarıstan komandaları ilə “Avro-2018”in final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Xəbər lenti
0