Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu qurğular nevroloji xəstəliklərə səbəb olur

© pixabay / FirmBeeElektron qurğular
Elektron qurğular - Sputnik Azərbaycan
Abunə olmaq
Davamlı işıq xəbərdarlığı epilepsiya yaradır

BAKI, 24 mart — Sputnik. Gününü televizor, planşet və telefon qarşısında keçirən insanlarda nevroloji xəstəliklər yaranır. 

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu cihazların ekran işığı bəzi nevroloji xəstəliklərin yaranmasına və kəskinləşməsinə səbəb olur. 

Uşaqlarda beyin inkişafı ana bətnindən başlayır və böyüdükcə formalaşır. Beynin inkişafında genetik xüsusiyyətlərlə yanaşı ətraf mühitin də böyük rolü var. Sosial mühitdə böyüyən, yaşıdları və valideyni ilə oyun oynayan uşaqların beyin inkişafı daha yaxşı olur. Ancaq gününü ekran qarşısında, telefon və planşetdə keçirən uşaqların beyni inkişafdan qalmaqla yanaşı nevroloji xəstəliklər də meydana gəlir. 

Davamlı işıq xəbərdarlığı epilepsiya yaradır. Bəzi valideyinlər elə körpə yaşlarından uşaqlarını noutbuk, telefon və planşetdə musiqi və ya video izləməsinə imkan yaradır. Uşaqlarda işığa qarşı reaksiya daha çox 2-3 yaşlarında həssas olur. Bu yaşlarda zamanını ekran qarşısında keçirən uşaqlarda diqqət çatışmazlığı, autizm, aqressiya, epilepsiya və danışıq problemləri meydana gələ bilər. 

Mütəxəssislərin fikrincə, gününü ekran qarşısında keçirən uşaqlar uzun müddətli elektromaqnit şüalanmaya məruz qalır və belə uşaqlarda epilepsiya daha çox müşahidə edilir. Elektromaqnit şüalanma epilepsiyaya yol açan əsas amillərdəndir. 

Xəbər lenti
0