CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərqində olmadığımız təhlükənin içərisindəyik

© Sputnik / Sevda BabayevaЛучшие фотографии Sputnik Азербайджан в 2015 году
Лучшие фотографии Sputnik Азербайджан в 2015 году - Sputnik Azərbaycan
Abunə olmaq
Bu problem səbəbindən dəri xəstəlikləri, bağırsaq qurdları kimi problemlər geniş yayılıb

BAKI, 27 mart — Sputnik. İdman sağlamlıqdır. Oturaq həyat tərzi yaşayan bir çox insan bu rejimin gətirdiyi neqativliyi nəzərə alaraq, gün ərzində 1-2 saat da olsa, idmanla məşğul olmağa çalışır. 

Həkimlər isə belə şəxslərə ən optimal idman növü kimi üzgücülüyü məsləhət görürlər. Amma o da faktdır ki, yaxşı təmizlənməyən hovuzlar xəstəlik mənbəyinə çevrilir. Hətta belə hovuzlardan istifadə edəndən bir müddət sonra dəri xəstəliyi, ginekoloji və bağırsaq xəstəliklərinə yoluxma halları da qeydə alınıb.

Allergiya - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu aralar evdən çıxmamağınız məsləhətdir

Durumu Sputnik Azərbaycan-a şərh edən tibb eksperti, professor Adil Qeybulla da idman növləri arasında üzgücülüyün ən optimal idman növü olması fikri ilə razılaşır: "Digər idman növlərində travma alma imkanı daha çoxdur. Amma üzgüçülükdə bu ehtimal sıfıra bərabərdir. Eyni zamanda, üzgüçülük idman növündə bütün bədən əzələləri işləyir ki, bu da bədən üçün xeyirlidir".

Həkimin sözlərinə görə, hovuz suyundan xəstəlik keçməsi fikri yanlışdır: "Ola bilər ki, hovuz suyunun təmiz qalması üçün vurulan dərmanlar insan dərisinə alergik təsir göstərsin. Başqa hallarda heç bir problem yoxdur. Çünki üzgüçülüyə gələn insan tibbi arayışla gəlir. Təbii ki, saxta, formal tibbi arayış alıb gətirən və özündə xəstəlik daşıyan insanlar olarsa, xəstəlik su vasitəsi ilə yayıla bilər. Bu da praktikada çox az təsadüf olunan məsələdir. İnsan hər yerdə özünü qorumalıdır. Ehtiyatlı olub üzgücülüklə məşğul ola bilərlər".

Həkim Rasif Bağırov da qeyd edib ki, üzgüçülüklə məşğul olmaq insan orqanizmi üçün çox xeyirlidir: "Amma qapalı hovuzlardakı durğun suda mikroblar yaşayır və insanların bu viruslara yoluxma halları çoxdur. Dəri xəstəlikləri, bağırsaq qurdları və bu kimi xəstəliklər geniş yayılıb".

"Bunun səbəbi də hovuzların vaxtı-vaxtında təmizlənməməsidir, dərmanlardan və xlordan çox istifadə edilməsi bəzi problemlərə səbəb olur. Bizdə olan hovuzlar Avropa standartlarına cavab vermir. Hətta Bakıda krandan gələn su belə, istifadə üçün yararsızdır. İnsanlar hər gün çimirlərsə, onda dəri xəstəliklərinə səbəb olur. Sadəcə məcburiyyətdən bu sudan istifadə edirik" — R. Bağırov bildirib.

Gənc qız, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ən təhlükəli dönəmə qədəm qoymuşuq

Sputnik Azərbaycan-ın həmsöhbəti, dermatoloq Mahir Məmmədlinin sözlərinə görə, hovuzların çox olması yaxşı haldır, amma onlara nəzarət yoxdur: "Ona görə də vəziyyət pisdir. Praktikamız göstərir ki, hovuzda çimərkən suda xlorun dozadan artıq olması dəri allergiyasına səbəb olur. Eyni zamanda, dərinin göbələk xəstəlikləri ilə bağlı tez-tez bizə müraciət edilir".

"Bunların qarşısını almaq üçün bir dəfə istifadə üçün nəzərdə tutulan sabunlardan istifadə olunmalı, eyni zamanda, qurulayıcı dəsmallardan bir dəfə istifadə edilməlidir. Hovuza normadan artıq insan girib üzməməlidir. Əks halda xəstəliklər yarana və yayıla bilər. Bir sözlə, insanlar özlərinə nəzarət etməlidirlər" — deyə dermatoloq əlavə edib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımov da mühüm məqama diqqət çəkib: "Hər bir qapalı hovuzun özünün tibbi işçisi olmalıdır. Hər gün həkim nəzarət etməli, sonra insanları hovuzda üzməyə icazə verməlidir".

"Bizim nəzarət etmək hüququmuz yoxdur. Biz də bunu hovuz sahibinin vicdanına buraxırıq. Prezidentin 2015-ci ildə verdiyi sərəncama əsasən, sahibkarlıq subyetlərində yoxlamalar aparmaq olmaz. Ona görə bizim yoxlanış aparmaq üçün heç bir səlahiyyətimiz yoxdur" — şöbə müdiri qeyd edib.

Xəbər lenti
0