BAKI, 27 mart — Sputnik. Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.
Belə ki, trekin Xaqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək, baryer quraşdırma işləri aparılacaq. Bununla bağlı paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar.