BAKI, 27 fev — Sputnik. 1997-ci il fevralın 27-də Böyük Britaniyanın Roslin Universitetinin embrioloqu Yan Uilmut süd vəzisi toxumasından alınan donor nüvəsindən istifadə etməklə klonlaşdırılmış canlı – sonradan "Dolli" adlandırılan dişi quzunun əldə olunması barədə məqalə dərc edir.
"Dolli" inkişaf etmiş məməlinin somatik (bədən) toxumaları vasitəsilə əldə edilən ilk klonal heyvan idi. Onun nüvə donoru finndorsetinin (orijinalının) süd vəzisinin yetişdirilmiş toxuması idi. "Dolli" fenotipik baxımdan bu növlü qoyunlardan fərqlənməsə də, bətninə köçürülən qoyuna qətiyyən bənzəmirdi.
Uğurlu nəticəyə baxmayaraq, onun ömrü qısa oldu. Altı ildən sonra – 2002-ci ildə "Dolli"də artritin inkişafı qeydə alındı. Alimlərin fikrincə, bu, klonlaşdırmanın yaratdığı gen mutasiyalarının (dəyişikliklərin) nəticəsi ola bilərdi. Artritdən başqa, "Dolli" həm də normal inkişafdan geri qalırdı. Həmin ilin fevralında ağciyərlərindəki xəstəliyin sürətlə artdığını görən həkimlər onu dərmanların köməyi ilə əbədi yatırtdılar.